Sosial qayğıya ehtiyacı olan uşaqların bayram sevinci

Sosial qayğıya ehtiyacı olan uşaqların bayram sevinci
16:08 28 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Qubada Günərzi Qayğı Mərkəzində sosial qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
“Ailə” Sosial Araşdırmalar İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, bayram şənliyində balacalar əylənməklə yanaşı, öz musiqi bacarıqlarını da göstəriblər.
İctimai Birlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə icra etdiyi “Quba rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” layihəsinin icrasını uğurla başa vurmaq üzrədir.
Carı il aprelin 1-dən bəri layihənin icrası çərçivəsində sosial ehtiyaclı və dövlət uşaq müəssisələrinə düşmə riski olan 3-12 yaşlı 30 uşaq seçilib və hazırda onlara davamlı sosial, psixoloji, pedaqoji, tibbi və digər xidmətlər göstərilir. Seçilmiş uşaqlarla yanaşı, onların ailələri ilə də davamlı iş aparılır.
Mərkəzin fəaliyyətinə cəlb olunmuş uşaqların və ailələrin sosial problemlərinin həlli üçün Fərdi İnkişaf Planına uyğun olaraq tədbirlər görülüb. Psixoloqlar ailələrə və uşaqlara psixoloji dəstək göstərib. Pedaqoq tərəfindən uşaqların təhsil bacarıqlarının artırılması və asudə vaxtlarının təşkili üçün hazırlanmış fərdi qayğı planına əsasən tədbirlər reallaşdırılıb. Uşaqlar mütəmadi tibbi müayinədən keçirilib və onlar arasında sağlam həyat tərzi ilə bağlı maarifləndirmə işi aparılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sosial_qaygiya_ehtiyaci_olan_usaqlarin_bayram_sevinci-914956

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR