Bayram günlərində təcili yardım briqadalarının sayı artırılacaq

Bayram günlərində təcili yardım briqadalarının sayı artırılacaq
16:08 28 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Yeni il bayramı və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə AZƏRTAC-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib. Onun sözlərinə görə, adi günlərə nisbətən təcili yardım briqadalarının sayı artırılacaq. Belə ki, bayram günlərində 140-a qədər briqada xətdə olacaq. Çünki bayram günlərində təcili yardıma müraciət edən insanların sayı çox olur ki, bu da həmin günlərdə xəstəxana və poliklinikaların işləməməsi ilə bağlıdır.
Baş həkimin müavini əlavə edib ki, bununla yanaşı, bayram günlərində növbətçilik qrafiki tutulacaq, stansiyanın, eləcə də ərazi stansiyalarının rəhbərliyi işdə olacaq. O.Şahmalıyev Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunduğunu da bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bayram_gunlerinde_tecili_yardim_briqadalarinin_sayi_artirilacaq-914954

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR