Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı alimin 100 yaşı tamam oldu

Azərbaycanlı alimin 100 yaşı tamam oldu

Date: 28 December 2015 16:09

Azərbaycanın ən qocaman alimi akademik İsmayıl İbrahimovun 100 yaşı tamam olur.

Lent.az modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyində prezident İlham Əliyevin mükafatlandırdığı akademik hazırda da elmi fəaliyyətini davam etdirir. O həm də Uşaq Fondunun prezidentidir.

1915-ci ildə anadan olan akademik bir çox məsul vəzifələrdə, həmçinin Azərbaycan SSRİ Nazirlər Sovetinin sədr müavini və indiki Azərbaycan Neft və Sənaye Universitetinin rektoru kimi çalışıb.

O, hazırda AMEA-nın Kibernetika İnstitutunda çalışır. İsmayıl İbrahimov Azərbaycanda informatika elminin banisi sayılır.




Tags:  Azərbaycanlı alimin 100 yaşı tamam oldu

RƏYLƏR


Top news