Yol polisinin bayram günlərindəki işi ilə bağlı əmr

Yol polisinin bayram günlərindəki işi ilə bağlı əmr
16:16 28 Dekabr 2015
36 Şou
Ölkə mətbuatı
A- A+

Bayram günlərində Azərbaycanda Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində işləyəcək.

Bu barədə Axşam.az-a Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirib ki, bu barədə daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.

Əmrə görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 31-dən yanvarın 5-ə qədər dövlət yol polisi əməkdaşları xidmətlərini gücləndirilmiş iş rejimində davam etdirəcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43307

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR