Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bir bilet, bir gülüş" aksiyası

"Bir bilet, bir gülüş" aksiyası

Date: 28 December 2015 16:17

Mozart production istehsalı olan "Xoxan" bədii filmi 31 dekabr tarixində yenidən kinoteatrlara qayıdır. Film bu dəfə Azərbaycan dili ilə yanaşı, rus dilində də təqdim ediləcəkdir. "Xoxan" filminin yaradıcı heyəti hər zaman olduğu kimi yenə də gözəl işlərə başlanğıc olmağı düşünür və bu məqsədlə "Bir bilet, bir gülüş" aksiyasını açıq elan edir.

31 dekabr tarixində satılacaq biletlərdən əldə olunacaq gəlirin bir hissəsini  "Azərbaycan Uşaqları" İctimai Birliyinin (AUB) nəzdində fəaliyyət göstərən uşaq sığınacağında "Çərpələng" məktəbəqədər kursunun tələbələrinin təhsilinə, digər hissəsini də Nərimanov rayon əlillər cəmiyyətində qeydiyyatda olan fiziki məhdudiyyətli vətəndaşlarımızın ehtiyaclarına ayırmağı planlayır.

31 dekabrda film ölkənin bütün böyük kinoteatrlarında göstəriləcəkdir. Bir bilet alaraq həm əylənə, həm də onlarla fidanın təhsilinə, fiziki məhdudiyyətli vətəndaşlarımızın həyat mübarizəsinə dəstək ola bilərsiniz.

Təhsilə və yaxşılığa ayrılmış pul heç vaxt itmir, bir gün o fidanlar ağac olur, yaxşılıqlar dünyanı daha gözəl edir.

31 dekabrdan sonra bütün hesabatlar rəsmi olaraq sizinlə də paylaşılacaqdır. Aksiya uğurlu alınsa, yaxın tarixlərdə də təkrarı nəzərdə tutulub.

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az


Tags:  bilet gülüş aksiyası


RƏYLƏR


Top news