Valideynlərin əksəriyyəti uşaqlar üçün internetin məhdudlaşdırılmasını normal hesab edir

Valideynlərin əksəriyyəti uşaqlar üçün internetin məhdudlaşdırılmasını normal hesab edir
16:18 28 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
ESET beynəlxalq antivirus şirkəti tərəfindən internetdə tətbiq olunan “valideyn nəzarəti” funksiyası ilə bağlı sorğu keçirilib.
AZƏRTAC “igate.com” resursuna istinadən xəbər verir ki, sorğunun nəticələrinə əsasən, valideynlərin üçdə iki hissəsi uşaqlar üçün müxtəlif xoşagəlməz kontentləri blok etməyə razıdır. İstifadəçilərin, təxminən 46 faizi “valideyn nəzarəti” funksiyasını əhəmiyyətsiz hesab edir. Sorğuya cavab verənlərin 20 faizi isə mobil həllərin blok edilməsini zəruri hesab edir. Rəyi soruşulanların üçdə bir hissəsi isə hesab edir ki, “valideyn nəzarəti” uşağın olduğu yer haqqında məlumat funksiyasını yerinə yetirməlidir. İstifadəçilərin 40 faizinin fikri daha maraqlıdır. Onlar “valideyn nəzarəti” funksiyasını, hətta 14 yaşından yuxarı olan uşaqlara da aid edirlər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Valideynlerin_ekseriyyeti_usaqlar_uchun_internetin_mehdudlasdirilmasini_normal_hesab_edir-914962

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR