Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kənd evləri mehmanxana tipli obyektlərin siyahısına daxil olub

Kənd evləri mehmanxana tipli obyektlərin siyahısına daxil olub

Date: 28 December 2015 16:19

Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatına kənd evi, dağ sığınacağı və ferma evi də daxil edilib.

APA-nın məlumatına görə, bu,Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının təsdiq etdiyi AZS 745-2015 “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarlarının tətbiq edilməsi” dövlət standartında əksini tapıb.

 

Standarta əsasən kənd evi (gite rural) mebel və yaşayış üçün müvafiq şərait ilə təchiz edilmiş, əsasən kənd yerlərində yerləşən və mətbəx avadanlığı olan yerləşdirmə vasitəsidir. Dağ sığınacağı (mountain refuge) dağlıq ərazilərdə yerləşən, təcrid olunmuş və müxtəlif avadanlıqlar ilə təchiz edilmiş evdir. Ferma evi (farm house) isə kənd təsərrüfatı (ferma) ərazisində yerləşdirmə və qidalanma xidmətlərini təklif edən yerləşdirmə vasitəsidir.

 


Tags:  Kənd evləri mehmanxana tipli obyektlərin siyahısına daxil olub

RƏYLƏR


Top news