Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Röyanın Türkiyə mətbuatına müsahibəsi: "Həmin vaxt boşanmamışdım..."

Röyanın Türkiyə mətbuatına müsahibəsi: "Həmin vaxt boşanmamışdım..."

Date: 28 December 2015 16:19

Müğənni Röya Ayxan Türkiyənin hurriyet.com.tr saytına müsahibə verib. Lent.az-ın məlumatına görə, türk həmkarlarımız azərbaycanlı ifaçını “Azərbaycanın Rihannası” deyə təqdim ediblər. Müsahibənin müəllifi Zelal Özalp Röyanın ifa etdiyi “Kesin bilgi”nin sürətlə hitə çevrildiyini vurğulayıb.

 

Lent.az- Röyanın həmin müsahibəsini təqdim edir

 

- Musiqi dünyasına sürətli və iddialı daxil olan Röya kimdir?

 

-33 yaşında, öz ayaqları üstündə duran, sözünü demiş və 6 yaşında oğlan uşağı böyüdən bir qadın. 

 

- Bu yola necə başladınız?

 

- 16 yaşımda bir qrupla ilk dəfə səhnəyə çıxdım. İki il onlarla, sonra isə solo karyeramla davam etdim. Beyons kimi, qrupdan qopub, tək irəlilədim. Demək ki, Allah alnıma tək qabağa getməyi yazıbmış. Onlar daha gözəl, daha güclü idi, amma mən yürüdüm. (Gülür) Allah nə verirsə, ürəyə görədir.

 

 - Hazırda “Kesin bilgi”ni eşidirik. Mahnının sözləri Gülşənə məxsusdur. Onunla bir araya necə gəldiniz?

 

- Gülşəni televizorda izləyərkən “Mənim qadınım” deyirdim. Baxdıqca necə cana yaxın olduğunu başa düşdüm. İki il əvvəl Azərbaycana dəvət etdik, gəlib konsert verdi. Onunla tanışlığımız belə başladı. Qadınların söz yazmasını, mahnı bəstələməsini çox sevirəm. 

 

- Həyatda da eləsiniz?

 

- İlk əvvəl mənə başqa mahnı vermişdi. Onu mən ailəli olan zaman yazmışdı. Sonra məni yaxından tanıdıqdan sonra “Sənə başqa mahnı yazacam” dedi. Bu mahnını mənə verdiyi zaman boşanmışdım. Həmin an yaşadığım ruh halıma uyğun idi. 

 

- Realda da belə sərt birisiniz?

 

- Həyatda elə biri deyiləm. Maşını əzmək çox vəhşilik oldu. Mən divarlara "Səni sevirəm” yazacaq qədər sevərəm. Qırmaram, parçalamaram, dağıtmaram. Vəhşi bir xasiyyətim var, amma eşqə zərər vermərəm.

 

- O zaman sizə “duyğularını dərin yaşayan biri” deyə bilərik?

 

- Bəli. Çox sevər, çox əsəbiləşərəm. Orta yoxdur məndə. İnsanlara qarşı sevgim var. Pərt olmaq hissim var, heç kimi incitmərəm.

 

-  Bu qədər mahnı var, bəs albom nə vaxt olacaq?

-  Yaxın zamanlarda ola bilər. Amma bunu açıqlamaq çox tezdir. Mən burada hələ yeniyəm. Bundan sonra bir neçə mahnı üzərində çalışmaq istəyirəm. Albomu sonda düşünərəm. Hazırda gözəl əsərlər üzərində işləyirəm.

 

- 6 ədəd yeni mahnınız olduğunu eşitdik. Sürpriz adlar var?

-  Var, amma açıqlaya bilmərəm. Bol-bol bomba var. Bəlkə də biri ilə duet oxuyacağıq. Çox sevdiyim, hörmət etdiyim biridir. 

 

- İş çoxdur,  yorulmursunuz?

 

-   Çalışan bir qadınam. Oğlumu da bura gətirtdim, buraları çox sevdi. Bu, bir az çətin oldu, amma oğlan uşağıdır. 10 il sonra o məni itirib-axtarmayacaq, mən onun üçün darıxacam. Məni başa düşür. Arxamca heç ağlamadı. “Konsertə” deyəndə xoşbəxt olur.

 

- İllər əvvəl aktrisalıq etmisiniz. Türkiyədən də təklif aldınız?

 

- İllər əvvəl bir filmdə rol aldım. Sevgilisindən ayrılıb İstanbula qaçan bir qadını canlandırdım. İstanbul taleyimdə var... O mənim ilk və son filmim idi. Bir də çəkilmərəm. Çox çətindir, “Necə olursan ol, ağlamalısan, necə olursan ol, gülməlisən” deyirlər. Olmadığım biri kimi davranmaq mənə görə deyil. Kliplərdə 16 saat da ağladığım an olur.

 

-  O zaman artıq Azərbaycana getməyəcək, Türkiyədə musiqi ilə olacaq bir Röya var deyə bilərik?

- Deyin, bəli... Məni sevin ki, hər zaman burada qalım. Bura çox gözəldir.

- Heyranı olduğunuz və ya "idealım" dediyiniz biri var?

 

- Bundan 10 il əvvəl soruşsaydınız cavab verərdim. Amma indi deyə bilmərəm. Çünki artıq özüm formalaşmışam. Məsələn, Gülşəni çox sevirəm. “Onu keçə bilərəm” demərəm. 10 insan adı deyə bilərəm və inşallah gün gələr, o 10 adın içində olaram.

 

- Kiminlə duet oxumaq istəyərsiniz?

 

- Mabel Matizi çox bəyənirəm. Səsinə heyranam. Səsi mənə çox isti gəlir. Tərzimiz uyğun deyil, amma ona qulaq asanda rahatlayıram. Sənətçi bağırmamalıdır, ruhu sakitləşdirməlidir. Mabelinki də elədir.






Tags:  Röyanın Türkiyə mətbuatına müsahibəsi Həmin vaxt boşanmamışdım

RƏYLƏR


Top news