Ekspert: Münaqişədə yaranmış hərbi-siyasi vəziyyət Ermənistan rəhbərliyini yeni təhlükəsizlik "çətir"i axtarmağa vadar edib

16:23 28 Dekabr 2015
10 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Mətanət Əliyeva - Trend:

Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış hərbi-siyasi vəziyyət, təmas xəttində olan son döyüşlər, ermənilərin verdiyi itkilər Ermənistan və separatçı Qarabağ klanının rəhbərliyini yeni təhlükəsizlik “çətir”i axtarmağa vadar edib. Bunu Trend-ə "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

Ekspert bildirib ki, bu yaxınlarda Moskvada keçirilmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Serj Sarkisyanın sədrlik etdiyi iclasında Ermənistan prezidenti çıxışı zamanı bu təşkilatı fəaliyyətsizlikdə ittiham etdi: "Sarkisyan dedi ki, Azərbaycan tərəfindən təmas xəttindən atılan hər güllə Minskə, Bişkekə, Astanaya atılan güllədir. O bildirdi ki, Türkiyə Rusiyanın "Su-24" təyyarəsini vuranda NATO-ya üzv ölkələr rəsmi Ankaranı müdafiə etdi. Sarkisyan həyasızcasına tələb etdi ki, bu təşkilata üzv ölkələr niyə Ermənistanı müdafiə etmir, yardım göstərmir, hətta bir dəfə zəng etmirlər”.

E.Ələsgərov qeyd edib ki, Sarkisyan çıxışını özünəxas yalanlar üzərində qurub: “Çünki atışmalar təmas xəttində baş verir. Adıçəkilən təşkilatla dövlətlər arasında olan anlaşmaya görə, onlar hər hansı üzv dövlətin ərazisi təhlükə altında olduğu zaman həmin dövlətə dəstək verə bilərlər. Atışmalar Qarabağda gedirsə, heç bir dövlət buna müdaxilə edə bilməz. Çünki təşkilata üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır. Ermənistan prezidenti növbəti dəfə özünü yalanları ilə biabır etdi”.

Ekspert vurğulayıb ki, Sarkisyanın məqsədi bu təşkilatın hərbi fəaliyyətini Qarabağ münaqişəsinə çəksin və üzv dövlətləri Azərbaycana qarşı qoysun: “Sarkisyan buna nail ola bilmədi. Təşkilatın son bəyannaməsində əsas məsələ terrorizmlə bağlı idi. Sarkisyanın çıxışında iddia etdiyi heç bir məqam təşkilatın bəyannaməsində əksini tapmadı”.

Sarkisyanın çıxışında maraq doğuran məqamların olduğunu da deyən ekspert bildirib ki, o, Rusiya prezidenti Vladimir Putinin icazəsi olmadan belə çıxış edə bilməzdi: “İndiyə kimi Rusiyanın rəhbərlik etdiyi hər hansı qurumda Ermənistan rəhbəri ittihamlarla çıxış etməyib. Sarkisyan təşkilatı fəaliyyətsizlikdə ittiham etdi. Onun çıxışından belə çıxır ki, təşkilatın fəaliyyəti sıfıra enib. Sarkisyan çıxışı ilə özünü təşkilata qarşı qoydu”.

E.Ələsgərov hesab edir ki, V.Putinin icazəsi olmadan S.Sarkisyan belə çıxış edə bilməzdi.

Ekspertin qənaətinə görə, bu çıxışla əslində V.Putin müttəfiqlərinə Türkiyə ilə məlum təyyarə olayında onu müdafiə etməmələri ilə bağlı mesaj göndərdi: “Putin bu mesajı Sarkisyanın dili ilə etdi. Özü desəydi, bu bir qədər doğru səslənməzdi. Ermənistan isə belə bəyanatlarla özünə qərb istiqamətində yeni təhlükəsizlik “çətir”i axtarmağa başlayıb".

Onun sözlərinə görə, Ermənistan hazırda belə bir fikirlər gündəmə gətirməyə çalışır ki, qərbdə onlar ciddi şəkildə dəstəklənirlər: "Son zamanlar ABŞ-dakı erməni diasporunun dəstəyi ilə, ermənipərəst konqresmenlərin xətti ilə Ermənistan özünü guya Azərbaycan tərəfindən təcavüzə məruz qalan tərəf kimi təqdim etməyə çalışır".

Ekspert bildirir ki, bu istiqamətdəki fəaliyyətdə guya bəzi ABŞ dairələrində Ermənistana söz veriblər ki, atəşkəsin pozulmasına nəzarət edən texniki vasitələr onlara veriləcək: “İnandırmağa çalışırlar ki, guya nəticədə əldə olunacaq məlumatlarla təqsirkar tərəf müəyyən olunaraq ona qarşı sanksiyalar tətbiq olunacaq. Tam Azərbaycana qarşı yönəlmiş bir mövqedir. Ermənilər inddia edirlər ki, guya bu fəaliyyətdə konqresmenlər, hətta ATƏT-in Minsk qrupunun həmsədrləri var. Mən bu ehtimalın olmasını inkar etmirəm. Çünki bölgədə hansısa texniki vasitələrini yerləşdirmək ABŞ-ın da marağındadır. Lakin Azərbaycanın razılığı olmadan bu, mümkün olan iş deyil. Bütün bu fəaliyyətdə Ermənistanın məqsədi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini uzatmaq, status-kvonu saxlamağa çalışmaqdır. Özü də bunu ABŞ-ın əli ilə etmək istəyir”.

E.Ələsgərov bildirib ki, indiki Ermənistan rəhbərliyinə bu mövqe hakimiyyətini qoruyub saxlamağa imkan verir.

Ekspert onu da qeyd edib ki, bu mövqenin arxasında Rusiya dayana bilər. Onun sözlərinə görə, bununla Rusiya ABŞ-ı bölgəyə çəkib, sonra isə onu pərişan etmək istəyir.

Müsahib deyib ki, son zamanlar Ermənistanda xalqın arasında antirusiya mövqeyi artıb: “Ermənilər hesab edir ki, Ermənistan özü hərbi hədəfə çevrilib. Bunu anlayaraq onlar qərbdə yeni bir dəstək axtarışına başlayıblar. Ermənilər Avrasiya İqtisadi İttifaqının üzvü ola-ola Avropa İttifaqı ilə yenidən münasibət qurmaq istəyirlər. Xüsusilə Gürcüstanın "Şengen zonası"na daxil olma məsələsi ilə bağlı söhbətlərdən sonra ermənilər bu istiqamətdə mövqelərini daha da inkişaf etdirməyə səy göstərirlər”.

Ekspert qeyd edib ki, bu axtarış müəyyən həddə kimi aparılacaq: “Sözügedən fəaliyyətin iki xətti var: Ermənistan rəhbərliyi müəyyən qədər əhalinin istəyini icra edir, qərbdən bir qədər də maliyyə dəstəyi əldə etməyə çalışır. Sarkisyan bununla guya müstəqil siyasət yürütdüyünü göstərməyə çalışır. Lakin bir müddət sonra isə yenə geri çəkilir. Digər tərəfdən isə, Ermənistan hakimiyyəti Rusiya ilə münasibətlərini taraz saxlamağa, pozmamağa çalışır”.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Zakir Qaralov Qaxda vətəndaşları qəbul edəcək

21 Avqust 2017 10:47

Tovuzda ağır yol qəzası

21 Avqust 2017 10:45

Yeni nazir təyinatı haqda xəbər təsdiqlənmədi

21 Avqust 2017 10:43

20 yaşlı ana və iki körpəsi yoxa çıxıb - BAKIDA

21 Avqust 2017 10:39

Bolqarıstan prezidenti: "Dayanıqlı gələcəyi qurmağın yollarını aramalıyıq"

21 Avqust 2017 10:37

TƏHLÜKƏ: "İnstaqram" hesabı olanlar mütləq oxuyun!

21 Avqust 2017 10:37

Jest dilinin avtomatlaşdırılmış tərcüməçisi çap edilib

21 Avqust 2017 10:35

Bu gün növbəti mərhələ başlayır

21 Avqust 2017 10:35

Kollec və texnikumlara qəbul olanların qeydiyyatı yekunlaşır

21 Avqust 2017 10:34

Ana 2 azyaşlı övladı ilə itkin düşdü

21 Avqust 2017 10:33

Viktor Yuşenkonun həyat yoldaşı: "Bakı Qlobal Forumu yüksək səviyyədə təşkil edilib"

21 Avqust 2017 10:32

Travmatologiya və Ortopediya İnstitutuna yeni direktor təyin edilib

21 Avqust 2017 10:32

Azərbaycanda soyuducu istehsal edən müəssisə hərraca çıxarılıb

21 Avqust 2017 10:32

BAKIDA SİLAHLI ŞƏXS: Polis hər yerdə onu axtarır

21 Avqust 2017 10:32

Robert Prosineçkinin Bakıya gəlişinin ləngimə səbəbi müəyyənləşib

21 Avqust 2017 10:27

Messi transfer olunur - ŞOK RƏQƏM

21 Avqust 2017 10:27

Rəqsanə "İnstaqram"-da maraqlı VİDEO paylaşdı və...

21 Avqust 2017 10:25

Nazpəri Dostəliyevanın evindən pul dolu seyf oğurlandı

21 Avqust 2017 10:23

Aydın Əliyev Göyçayda qəbul keçirəcək

21 Avqust 2017 10:23

Tovuzda gömrük əməkdaşları qəzaya düşüb, ölən və yaralanan var

21 Avqust 2017 10:22

Aygün Kazımovanın çılpaq oğlanla FOTOSU yayıldı

21 Avqust 2017 10:19

Məşhur aktyor gecə yarı keçmiş sevgilisi ilə bu vəziyyətdə görüntüləndi - FOTO

21 Avqust 2017 10:18

İlk dəfə nəhəng asteroid Yer kürəsinə ən yaxın məsafədən keçəcək

21 Avqust 2017 10:17

ABB-yə borc müqabilində girov qoyulmuş müəssisələrdən biri satılıb

21 Avqust 2017 10:17

Latviyanın keçmiş prezidenti: "Bakıda keçirilən Qlobal Forum gənc liderlər üçün faydalı platformadır"

21 Avqust 2017 10:17

Azərbaycanda külək elektrik stansiyalarında istehsal 20% azalıb

21 Avqust 2017 10:17

Bakı-Sumqayıt qatarlarının hərəkətində yenidən

21 Avqust 2017 10:15

Adnan Oktardan təcavüzə uğrayan qadınlara DƏSTƏK

21 Avqust 2017 10:13

Azərbaycan dövləti Gürcüstan vətəndaşını beynəlxalq axtarışa verib

21 Avqust 2017 10:12

Erməni diasporu öz klubundan bilet istəməz, bizimkilər isə…

21 Avqust 2017 10:07

Abituriyentlər DİQQƏT: Qeydiyyat başa çatır

21 Avqust 2017 10:07

Tarixdə BU GÜN

21 Avqust 2017 10:03

Bu gün kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır

21 Avqust 2017 10:02

Azərbaycan Ukraynadan 26 mln. dollarlıq siqaret alıb

21 Avqust 2017 10:02

BU GÜN DİQQƏTLİ OLUN: Gözünüz göydə olsun

21 Avqust 2017 09:59

Göyçay sakini baldızının nişanlısını qətlə yetirib

21 Avqust 2017 09:57

Azərbaycan güləşçiləri dünya çempionatında mübarizəyə başlayır

21 Avqust 2017 09:57

Melburn şəhərinin bir hissəsi terror təhlükəsi səbəbindən mühasirəyə alınıb

21 Avqust 2017 09:57

Nazirlik İmişlidə yulğun kollarını məhv edən şəxsi 2 min manat cərimələyib

21 Avqust 2017 09:57

ABŞ-a məxsus hərbi gəmi neft tankeri ilə toqquşdu: 10 ölü, 5 yaralı

21 Avqust 2017 09:53

Bakıda qız qoca anasının başına stəkanla vurub

21 Avqust 2017 09:52

Neslihan Atagül gözəlliyi ilə gəlini KÖLGƏDƏ QOYDU - FOTO

21 Avqust 2017 09:48

Birjalarda neft ucuzlaşdı

21 Avqust 2017 09:46

Bakıda 19 yaşlı qızı avtomobil vurub

21 Avqust 2017 09:42

Qurban Qurbanov "Qarabağ"la 400-ü gördü

21 Avqust 2017 09:39

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsi başlayır

21 Avqust 2017 09:37

"Erotik "WhatsApp" yazışması", "Qızını zorladı", "Zaur öldü"

21 Avqust 2017 09:36

VİDEO: Bəylə gəlindən qonaqları heyrətləndirən rəqs

21 Avqust 2017 09:35

Ermənilər atəşkəsi ötən gecə də pozub

21 Avqust 2017 09:34

Ermənilər kəndlərimizi atəşə tutdu

21 Avqust 2017 09:33