Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Bakı-Tbilisi-Qars” dəmir yolu layihəsi dünya mediasının gündəmində

“Bakı-Tbilisi-Qars” dəmir yolu layihəsi dünya mediasının gündəmində

Date: 28 December 2015 16:33


Bakı, 28 dekabr, AZƏRTAC
Diaspor Jurnalistləri Birliyinin (DJB) təşkilatçılığı ilə “Qədim İpək Yolu “Dəmir İpək Yolu”na çevrilir” başlıqlı məqalə dünyanın bir çox ölkələrinin nüfuzlu internet portallarında və qəzetlərində geniş miqyasda dərc edilib.
Diaspor Jurnalistləri Birliyindən AZƏRTAC-a bildirilib ki, DJB sədri Fuad Hüseynzadənin müəllifi olduğu məqalədə milyonlarla oxucu kütləsi Azərbaycanın uğurları, “Bakı-Tbilisi–Qars” dəmir yolu xəttinin əhəmiyyəti haqqında və Azərbaycan dəmir yolları sahəsində son dövrlərdəki inkişafla tanış olublar. Məqalədə qeyd olunub ki, “Bakı-Tbilisi–Qars” dəmir yolu xətti təkcə Azərbaycan, Türkiyə, Gürcüstan üçün deyil, həm region, həmçinin də dünya üçün böyük əhəmiyyətə malik bir layihədir: “Qərblə Şərqi birləşdirəcək müasir İpək Yolu rolunu oynayacaq bir layihədir. Layihənin reallaşması nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin Mərkəzi Asiya, Çin və Avropa ilə etibarlı və sərfəli nəqliyyat əlaqəsi yaranacaq”.
Qeyd edilən məqalə müxtəlif dillərə tərcümə olunaraq Türkiyənin “Guvengazetesi.com.tr”, “Turkhaber.com.tc”, “İgdirim76.com”, Gürcüstanın “İberiana2”, Pakistanın “Pothwarlink.com”, Macarıstanın “Turizmusonline.hu”, Ukraynanın “Regionews.ua”, Meksikanın “Mx.blastingnews.com”, “Uno más uno” qəzet, jurnal və internet portallarında geniş formada ölkəmiz və ideya müəllifi Azərbaycan dövləti olan “Bakı-Tbilisi-Qars” dəmir yolu geniş formada təbliğ olunub. Məqalədə Azərbaycan, Türkiyə, Gürcüstan prezidentlərinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin mahiyyəti və zəruriliyi haqqında fikirləri yer alıb.








Tags:  Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi dünya mediasının gündəmində



RƏYLƏR


Top news