Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Xırdalana elektrik enerjisinin verilişi bərpa edilib

Date: 28 December 2015 16:37

T.Mustafayevin sözlərinə görə, adıçəkilən ərazidə yeraltı elektrik kabellərində yaranan problem nəticəsində ötən gündən etibarən elektrik enerjisinin verilməsində çətinlik yaranıb: "Ötən gün eyni anda 4 yerdə problem yaranmışdır. Həmin əraziyə elektrik enerjisi yeraltı kabellərlə verilir. Ona görə də orda laboratoriya işləməli idi. Əməkdaşlarımızın həmin nasazlığı təhlükəsiz aradan qaldırması üçün elektrik verilişini dayandırmağa məcbur idik. Amma həmin vaxt oradakı abonentləri bir neçə saatlıq da olsa başqa yollarla elektrik enerjisi ilə təmin etməyə çalışdıq".
"Azərişıq" rəsmisi artıq problemin həll edildiyini və sistem yoxlanıldıqdan sonra elektrik enerjisinin verilişinin bərpa ediləcəyini açıqlayıb: "Əməkdaşlarımız dünən gündüz və bütün gecəni ərazidə işləyiblər. Bu gün də işlər davam etdirilib. Artıq problem aradan qaldırılıb. Xətlər yoxlanıldıqdan sonra qarşıdakı saatlarda elektrik enerjisinin tam fasiləsiz verilişi davam etdiriləcək".
Qeyd edək ki, yerli sakinlərin bildirdiyinə görə, "Kənd Xırdalan" deyilən ərazidə iki gündür elektrik enerjisi fasilələrlə verilir. 

Tags:  Xırdalana elektrik enerjisinin verilişi bərpa edilib

RƏYLƏR


Top news