Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Həyat yoldaşım keçmişimi yaxşı bilir..."

"Həyat yoldaşım keçmişimi yaxşı bilir..."

Date: 28 December 2015 16:42

"Anam elə vaxt getdi ki... Onun yoxluğu hər şeydə özünü hiss etdirir. Övladım dünyaya gəlib, indi anamın sevgisini lap çox başa düşürəm".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Sevda Sanəliyeva "Onlar"a açıqlamasında deyib. Anasını itirən sənətçi keçirdiyi çətin günləri xatırlayıb: 

"Çox çətin günlər, illər yaşamışam. Allahdan bunu heç kimə arzulamıram. Sən demə, ananın övladına olan sevgisi dilə gətirilməyəcək qədər qəribə bir hissdir.

Var-dövlətim, atam-anam, nəsil-köküm oğlumdur. Sağ olsun ki, həyat yoldaşım var, yanımdadır. Çox xoşbəxtəm.

Kənardan gələn söz-söhbətlər bizi maraqlandırmır. Həyat yoldaşım keçmişimi də, bu günümü də yaxşı bilir. Ona görə də kənardan nəsə eşidəndə təəccüblənmir, əksinə, gülür".

Milli.Az


Tags:  Həyat yoldaşım keçmişimi bilir


RƏYLƏR


Top news