Uşaq Bərpa Müalicə Mərkəzində bayram şənliyi keçirilib

Uşaq Bərpa Müalicə Mərkəzində bayram şənliyi keçirilib
16:43 28 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Səhiyyə Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzində 40 uşaq və 20 valideynin iştirakı ilə Yeni il və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram şənliyi keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xəstə uşaqlar tibb işçilərinin köməyi ilə Şaxta baba, Qar qız və şən klounlarla rəqs edərək şənləniblər.
Valideynlər yaradılmış şəraitə, əhaliyə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində Uşaq Bərpa Müalicə Mərkəzi təmir olunaraq uşaqların ixtiyarına verilib. Son bir il ərzində mərkəzdə 2 min uşaq müalicə reabilitasiya kursu keçib. Reabilitasiya kursu diaqnoza görə il ərzində 4-5 dəfə təkrarlanır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Usaq_Berpa_Mualice_Merkezinde_bayram_senliyi_kechirilib-914976

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR