Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Polis 5 gün gücləndirilmiş rejimdə işləyəcək

Polis 5 gün gücləndirilmiş rejimdə işləyəcək

Date: 28 December 2015 16:44

Azərbaycan polisi bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.aaz-a verilən məlumata görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar tədbirlərin keçirildiyi, o cümlədən əhalinin kütləvi istirahət yerlərində və digər ərazilərdə ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının etibarlı qorunmasının təmin edilməsi məqsədilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, 2015-ci il dekabrın 31-dən 2016-cı il yanvarın 5-dək DİN-in aparatının, Daxili Qoşunların, bilavasitə tabe olan qurumların, ərazi polis orqanlarının, nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş variantına keçiriləcək. Eyni zamanda, hüquq qaydasına nəzarətin gücləndirilməsi məqsədilə ictimai yerlərdə və küçələrdə post patrul naryadlarının sıxlığı artırılacaq, bütün strateji obyektlərdə mühafizə gücləndiriləcək.

 

 


Tags:  Polis gün gücləndirilmiş rejimdə işləyəcək

RƏYLƏR


Top news