Erməni xakerlərin Milli Məclisin saytına hücumunun qarşısı alınıb

Erməni xakerlərin Milli Məclisin saytına hücumunun qarşısı alınıb
16:49 28 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisdən dekabrın 27-də  Ermənistanın bəzi kütləvi informasiya vasitələrində “Armenian Cyber Army” xaker qrupu tərəfindən Azərbaycan Milli Məclisinin saytının sındırıldığı barədə yayılan informasiyalara dair açıqlama gəlib.

Milli Məclisin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yayılan informasiyalar həqiqətə uyğun deyil.

Məlumatda bildirilir ki, əslində  həmin gün Ermənistan xakerləri tərəfindən Milli Məclisin saytına qarşı edilmiş müxtəlif pozuculuq məqsədli cəhdlər nəticə verməyib, sistemə heç bir zərər vura bilməyiblər. Bu hücumlar zamanı sistemdə çalışan mühafizə proqramı işə düşərək, sayta girişi mühafizə məqsədi ilə qısa müddətdə  məhdudlaşdırmış və sonradan sistem administratoru tərəfindən bərpa edilmişdi.


Məlumatda o da qeyd edilib ki, Milli Məclis saytının həm inzibati, həm də texniki imkanları bu cür hücumların vaxtında qarşını almağa imkan verir. Saytın qoruyucu sistemləri bu cür məkrli cəhdləri neytrallaşdırmağa qadirdir. Belə hərəkətlərlə Milli Məclis saytının fəaliyyətinə hər-hansı bir təsir göstərmək qeyri-mümkündür.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226876

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR