Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Maşallah Əhmədovun şikayəti təmin edilmədi

Maşallah Əhmədovun şikayəti təmin edilmədi

Date: 28 December 2015 16:53

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan veteran futbolçu Maşallah Əhmədovun apellyasiya şikayətinə baxılıb.

Metbuat.az APA-ya istinadən məlumat verir ki, məhkəmə şikayəti təmin etməyib. Dələduzluqda təqsirləndirilən M. Əhmədovun barəsində dekabrın 17-də Binəqədi rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həmin qərardan M. Əhmədovun vəkili şikayət verərək həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib.

Maşallah Əhmədov 1977-ci ildən "Neftçi" klubunda oynayıb. O, 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti postunu daşıyırdı.


Tags:  Maşallah Əhmədov həbs

RƏYLƏR


Top news