Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Dua edirik ki, “Ay Allah xərcə düşməyim” - video

"Dua edirik ki, “Ay Allah xərcə düşməyim” - video

Date: 28 December 2015 16:56

Müğənni Sevda Yahyayeva bundan sonra konsert verməyəcək.

Axşam.az-ın məlumatına görə, sənətçi bu barədə "10lar" verilişə açıqlamasında deyib:

“Yaxın 2-3 ildə konsert vermək istəmirəm. hamımız görürük ki, konsertlərə maraq yox dərəcəsindədir. Xaricdən gələnlərin kosnertinə hamı gedir. Çünki onları heç yerdə görmürlər. Bizdə müğənnini hər yerdə görürlər, ona görə də konsertlərə təlabat yoxdur. Hansısa bir şirkət etsə, qonorar müqabilində razılaşaram. Amma öz hesabıma etmək istəmirəm.
 
Bizi qınayırlar ki, konsertləri səviyyəli olmur, xarici müğənnilər daha yaxşıdır. Bizdə kosnertdən pul qazanmaq mümkün deyil. Gedirik toylarda oxuyuruq, onunla nəsə edirik. Bircə dua edirik ki, “Ay Allah xərcə düşməyim”. Gəlir onsuz olmur, heç olmaza ziyanı olmasın. Qoyduğun xərci çox vaxt çıxara bilmirsən".


Tags:  Dua edirik Ay Allah xərcə düşməyim video

RƏYLƏR


Top news