Məryəm Üzərli tuş oldu - FOTO

Məryəm Üzərli tuş oldu - FOTO
16:57 28 Dekabr 2015
60 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin populyar aktrisası, "Muhteşem Yüzyıl" serialındakı "Hürrəm Sultan" rolundan sonra məşhurlaşan Məryəm Üzərli biznes fəaliyyətinə başlayıb.

Milli.Az AHT-yə istinadən bildirir ki, o, adını verdiyi maskara (göz tuşu) markasını satışa çıxarıb.
12 yaşından bəri makiyaja həvəsi olduğunu deyən M.Üzərlinin sözlərinə görə, Almaniyanın Hamburq şəhərində aktyorluq məktəbində 6 il oxuduqdan sonra 6 il makiyaj ustası kimi çalışıb.
"Üç arzum vardı. Tarkanla tanış olmaq, "İtmiş balıq Nemo" animasiya filmində Nemonu səsləndirmək və maskara markamı satışa çıxarmaq", - Üzərli deyib.
 

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/393640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR