Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Mançester Siti"dən Lionel Messiyə möhtəşəm təklif

"Mançester Siti"dən Lionel Messiyə möhtəşəm təklif

Date: 28 December 2015 17:06

"Mançester Siti" "Barselona"nın hücumçusu Lionel Messinin xidmətində maraqlıdır.


Metbuat.az sport.es-ə istinadən xəbər verir ki, "şəhərlilər"in sahibi Mansur ibn Zayed əl-Nayyan argentinalının mümkün transferi ilə bağlı xərclərini bəyan edib. Belə ki, "Mançester Siti" rəsmiləri Messinin meneceri ilə əlaqə saxlayıblar və ulduz futbolçuya illik 27 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər.

"Mançester Siti" "Barselona" ilə danışıqlar aparmağa tələsmir. Klub ilk növbədə Messinin razılığını almaq istəyir. Digər tərəfdən, katalon klubunun rəhbərliyi Leonun PSJ və "Çelsi" məsələlərində olduğu kimi, "Mançester Siti"yə də "yox" deyəcəyindən əmindir.

Lionel Messi hazırda "Barselona"da ilinə 20 milyon avro məvacib alır.


Tags:  Lionel Messi Barselona Mançester Siti

RƏYLƏR


Top news