Bahar Muradova: YAP qadınları Azərbaycanı beynəlxalq təşkilatlarda layiqincə təmsil edirlər

Bahar Muradova: YAP qadınları Azərbaycanı beynəlxalq təşkilatlarda layiqincə təmsil edirlər
17:13 28 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

"Milli Məclisin 21 qadın deputatından 13-ü Yeni Azərbaycan Partiyasından seçilib. YAP qadınları ölkənin həm ictimai, həm mədəni, həm də siyasi həyatında yaxından iştirak edirlər. Bizi millət vəkili adına ucaldan fəaliyyətlə yanaşı, həm də onun adına xələr gətirməməliyik".

Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının Milli Məclisin YAP-dan seçilmiş qadın deputatları ilə görüşündə deyib.

B.Muradova bildirib ki, YAP qadınları Azərbaycanı beynəlxalq təşkilatlarda da layiqincə təmsil edirlər: “Onların həm partiya işində əldə etdiyi təcrübə, həm də qazandığı nailiyyətlər bir örnəkdir”.

Vitse-spiker vurğulayıb ki, qadın millət vəkilləri ölkənin qadın korpusunu ləyaqətlə təmsil etməlidirlər: “Bu, çox şərəfli bir işdir”.

B.Muradova qeyd edib ki, bu gün Azərbaycan qadınlarının uğurlar əldə etməsinin əsas səbəbi ulu öndər Heydər Əliyevin qadınların öz imkanlarını ictimai-siyasi sahədə həyata keçirməsi üçün yaratdığı şəraitdir: “Elə etməliyik ki, bizim fəaliyyətimiz Milli Məclisin fəaliyyətinə öz töhfəsini versin, Azərbaycanın vahid idarəetmə prinsiplərinə uyğun gəlsin”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2475085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR