Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rauf Mirqədirov 6 il azadlıqdan məhrum edildi

Rauf Mirqədirov 6 il azadlıqdan məhrum edildi

Date: 28 December 2015 17:14

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə Rauf Miqrədirov hökm oxunub. Məhkəmə Rauf Mirqədirovun 6 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. O cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 

 

Xatırladaq ki,  prokuror Mübariz Mirili ötən prosesdə çıxış edərək hakimdən R.Mirqədirovun işinə Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin təsdiqlənməsini, bununla da onun işinin yüngüləşdirilməsini istəyib. O, jurnalist barəsində 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub.  Rauf Mirqədirov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.


Tags:  Rauf Mirqədirov il azadlıqdan məhrum edildi

RƏYLƏR


Top news