“Azəryolservis” də Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarıldı

“Azəryolservis” də Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarıldı
17:14 28 Dekabr 2015
35 Sosial
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev sərəncam imzlayıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, sərəncamla “Azəryolservis” ASC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb. Sərəncama aşağıdakı dəyişikliklər edilib:

 

1.1. 1-ci hissədən “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri çıxarılsın;

 

1.2. 3.5-ci bənd ləğv edilsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

2.1. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin yeni Nizamnaməsinin və strukturunun layihələrini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

2.2. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

2.3. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin balansında olan avtomobil yollarının “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsini bir ay müddətində təmin etsin;

 

2.4. bu Sərəncamın 2.3-cü bəndinə əsasən, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin balansına verilən avtomobil yollarının idarə olunması, təmiri, saxlanması, qorunması və yenidən qurulması xərcləri ilə bağlı illik büdcə vəsaitinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə ayrılmasını təmin etsin;

 

2.5. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

2.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

2.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

2.8. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226880

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR