Fərqli və dəbli geyimləri ilə xanımların sevimli məkanına çevrilən “Lady Sharm” mağazalar şəbəkəsi yenə də sürprizləri ilə xanımları sevindirəcək.
“Lady Sharm”ın Marketinq Direktoru Mələk Mustafayeva Yeni il ərəfəsində xanımları həm endirimlə, həm də hədiyyələrlə qarşılayacaqlarını bildirib:
“Yeni il demək bol-bol hədiyyə deməkdir. “Lady Sharm” yeniliyə hər zaman açıq olan mağazalar şəbəkəsidir. 2015-ci ili açılışlarımızla birlikdə, həm də xanımlara verəcəyimiz təbəssümlə yola salmaq istəyirik. Belə ki, bayram ərəfəsində mağazamızdan alış-veriş edəcək hər bir şəxs bizdən hədiyyə əldə edəcək. “Bütün xanımlara hədiyyəmiz var” kampaniyası Dekabrın 31-nə kimi davam edəcək. Alıcılarımıza bayram hədiyyəsi olaraq “endirim+hədiyyə” verəcəyik. Aldıqları malın qiymətindən asılı olmayaraq, hər bir xanım bizdən hədiyyə əldə edəcək".
M.Mustafayeva “Lady sharm” mağazalar şəbəkəsinin hazırda 95 məşhur marka ilə çalışdığını bildirib:
“Mağazamız xanımları hər zaman rəngarəng geyimlərlə qarşılayır. Geniş çeşiddə aksessuarlar, libaslar, ayaqqabılar, çantalar mağazamızın rəflərini bəzəyir. Vurğulamaq istərdim ki, dünyada baş verən dəb tendensiyasını yaxından izləyirik və dəfilələrdə nümayiş edilən ən son trendləri Azərbaycan xanımlarına təqdim edirik. Hər bir xanıma istədiyi tərzi formalaşdırmaqda yardımçı olmağa çalışırıq. Qeyd edim ki, devalvasiyanın qiymətlərimizə heç bir təsiri yoxdur. Biz fabrik qiymətləri ilə işlədiyimiz üçün müştərilər mallarda artım müşahidə etməyəcək. Xanımlarımız bizim yeni kolleksiyalarımızı İnstaqram və Facebook səhifələrimizdən izləməyi unutmasınlar".
Tel.: (012) 422 01 31
Mob. WhatsApp: (077) 322 01 31
Facebook: Lady Sharm
İnstaqram: ladysharm.az