Dövriyyədən çıxarılmış türk lirələri gələn ildən dəyərini tamamilə itirəcək

Dövriyyədən çıxarılmış türk lirələri gələn ildən dəyərini tamamilə itirəcək
17:23 28 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Türkiyə Respublikasının Mərkəzi Bankının (TRMB) 2006 ildə dövriyyədən çıxardığı 250 min, 500 min, 1 milyon, 5 milyon, 10 milyon və 20 milyon dəyərində olan türk lirəsi əsginazlarının 10 il ərzində yenı əsginazlara dəyişilmə müddəti bu il dekabrın 31-də başa çatır.
AZƏRTAC haberler.com saytına istinadla xəbər verir ki, bu barədə bankın rəsmi saytında dərc olunub.
TRMB-ın E7 emissiya qrupuna daxil əsginazlar dekabrın 31-i günün sonuna qədər TRMB və Türkiyə Respublikası Ziraat Bankının şöbələrində dəyişdirilə bilər. Lakin 2016-cı il yanvarın 1-dən etibarən bu əsginazlar dəyərini tamamilə itirəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovriyyeden_chixarilmis_turk_lireleri_gelen_ilden_deyerini_tamamile_itirecek-915000

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR