Ölkədə müsbət demoqrafik vəziyyət nəticəsində son illərdə I sinfə gələn şagirdlərin sayında əhəmiyyətli artım müşahidə edilir.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2015-2016-cı dərs ilində ümumi təhsil müəssisələrinin I sinfinə qəbul olan şagirdlərin sayı 157000-ə yüksəlib. Son illərdə I sinfə gələn şagirdlərin sayında əhəmiyyətli artım müşahidə edilir.
Belə ki, 2013-cü ildə I sinif şagirdlərinin sayı 138 000, 2014-cü ildə isə 152 000 nəfər olub.
Qeyd edək ki, 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 359 173 şagird təhsil alır.