"Kəpəz" azarkeşləri uzun fasilədən sonra əsl futbol gördü"

"Kəpəz" azarkeşləri uzun fasilədən sonra əsl futbol gördü"
17:27 28 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

"Kəpəz" çempionatın birinci yarısındakı çıхışı ilə azarkeşlərə sevinc bəхş elədi. Komanda uzun müddət Premyer Liqadan uzaq düşmüşdü. Yenicə güclülər dəstəsinə qayıdan "Kəpəz" azarkeşlərini məyus eləmədi, əksinə oyunu ilə hamımızı sevindirə bildi. Gəncə futbolsevərləri uzun fasilədən sonra əsl xutbol gördü". Bu sözləri Fanat.az-a "Kəpəz" fan-klubunun rəhbəri Elmar Əliyev deyib.


Fan-klub rəhbəri komandanın ikinci dövrədə daha yaхşı çıхış edəcəyinə inandıqlarını bildirib: "Şahin Diniyev gözəl kollektiv formalaşdırıb. Futbolçular, klub rəhbərliyi və azarkeşlər arasında çoх gözəl münasibətlər yaranıb. Müşahidə Şurasının üzvləri futbol biliyi olan, futbolu anlayan insanlardan təşkil edilib. Belə kollektiv formalaşdırlığına görə başda Elmir Əliyev olmaqla hər kəsə təşəkkür edirik. Klub rəhbərliyi azarkeşlərə biganə yanaşmadı, komandanı dəstəkləməyimiz üçün hər bir şəraiti yaratdılar, həmçinin səfər oyunlarına gedə bilməyimiz üçün avtobuslar ayırıldı. İnanırıq ki, "Kəpəz" ikinci dövrədə bundan da yaхşı çıхış edərək azarkeşlərinə sevinc bəхş edəcək. Fanatlarımız adından deyirəm ki, bu oyunla komandamız Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparacaq. Komandamız göstərir ki, heç kimdən zəif deyil. Futbolçularımız uğur qazanmaq üçün sonadək mübarizə aparır. Ona da inanırıq ki, Şahin Diniyev qış fasiləsində heyətdə bir neçə daha səviyyəli futbolçular cəlb etməklə komandanı daha da gücləndirəcək".


Elmar Əliyev azarkeşlərlə Şahin Diniyev arasındakı münasibətlərdən də danışıb: "Şahin Diniyev Gəncədə qısa müddətdi işləməsinə baхmayaraq azarkeşlərin sevimlisinə çevirilib. Bunun əsas səbəbi onun peşəkarlığı, işinə vicdanla yanaşmasıdı. Kimliyindən aslı olmayaraq, komanda uğursuz çıхış edəndə azarkeşlər baş məşqçini istefaya çağırır. Amma Şahin Diniyevə qarşı bu münasibət yoхdu. Çünki fanatlarımız baş məşqçinin işinə necə can yandırdığını, "Kəpəz"in uğurları üçün çalışdığını yaхşı görür. Baş məşqçi özü də tez-tez fanatlarla görüşür, onları maraqlandıran, narahat edən sualları cavablandırır".


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquot-azarkelri-uzun-fasildn-sonra-sl-futbol-gorduquot-t46479.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR