Azərbaycanda kommersiya banklarına dollar satışı məhdudlaşdırılıb

17:32 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report"un analitik qrupu qeyd edir ki, bank rəsmilərinin açıqlamasına görə, AMB-nin hərracda satdığı maksimal miqdarı artıq son iki iş günüdür ki, 80 mln. dollarla məhdudlaşıb. İlin sonu olması səbəbindən bazarda valyutaya olan tələbat artıb və buna görə, tələb təklifi daha çox üstələyir. 
"Məhz bu səbəbdən dolların satış məzənnəsi artıq 1,65 AZN/USD-yə çatıb. Sabah hərracda alınan valyutanın müştərilərə 1,65-1,70 AZN/USD-yə satılacağı ehtimal edilir. Belə davam edərsə, yəni Mərkəzi Bank bayrama qədərki hərraclarda tələbi tam qarşılamazsa, "exchange"lərdə satış məzənnəsi 2,00 AZN/USD-yə qədər arta bilər. Düşünürük ki, bugünkü hərracda tələb tam qarşılansa idi, məzənnə sabit qalar, bazardakı təşviş güclənməzdi", - deyə analitiklər bildiriblər

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-kommersiya-banklarina-dollar-satisi-mehdudlasdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR