Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

SOCAR həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə əlavə birdəfəlik maddi yardım ayırdı

SOCAR həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə əlavə birdəfəlik maddi yardım ayırdı

Date: 28 December 2015 17:33

Bakı. Trend:

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə dövlət tərəfindən verilmiş 15000 (on beş min) manat məbləğində maddi yardımlardan əlavə, SOCAR da birdəfəlik maddi yardım ayırıb.

Trend SOCAR-ən rsəmi saytına istinadən məlumat verir kui, sirkət prezidenti dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə SOCAR tərəfindən 5000 (beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi haqqında sənəd imzalayıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  SOCAR həlak olmuş itkin düşmüş neftçilərin ailələrinə əlavə birdəfəlik maddi yardım ayırdı


RƏYLƏR


Top news