Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Balacaların yeni il şənliyi

Balacaların yeni il şənliyi

Date: 28 December 2015 17:33


Bakı, 28 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Dekabrın 28-də“Holidayy İNN Hotel”in Bakı zalında "Bütün uşaqlar bir arada Dəcəl Balam" layihəsi çərçivəsində uşaqlar üçün Yeni il şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin rəhbəri Dilşad Allahverdiyeva tədbir haqqında məlumat verib. Bildirib ki, artıq ənənə halını almış belə tədbirləri keçirməkdə məqsəd bütün uşaqları Yeni il ərəfəsində yenidən bir araya toplayaraq onların əylənməsinə şərait yaratmaqdır.
Vurğulanıb ki, tədbirdən əldə olunan vəsait hemofiliyalı, leykemiyalı, şəkərli -diabetli və aztəminatlı ailələrdən olan uşaqlara ödənişsiz kursların təşkilinə sərf ediləcək.
Bayram tədbir maraqlı və yaddaqalan əyləncəli proqramla davam edib, uşaqlara hədiyyələr təqdim olunub.

Tags:  Balacaların yeni il şənliyi


RƏYLƏR


Top news