Lənkəranda mənşəyi məlum olmayan yararsız ət aşkarlanıb

Lənkəranda mənşəyi məlum olmayan yararsız ət aşkarlanıb
17:48 28 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Dekabrın 28-də Lənkəran Rayon Baytarlıq İdarəsinin və rayon polis şöbəsi əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı Lənkəranın Osakücə kəndinin meşə ərazisində ölmüş 3 baş heyvan cəmdəyi Masallı sakinləri (özlərini qəssab adlandırırlar) tərəfindən xüsusi maşında daşınarkən aşkar edilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Həsənov AZƏRTAC-a deyib ki, aşkar edilmiş heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyinin bilinmədiyi, orqanoleptik göstəricilərinin standartlara cavab vermədiyi (rəngi dəyişmiş, qeyri-spesifik iyə malik olduğu) məlum olub. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyi olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması məqsədilə həmin cəmdəklərdən nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər ardıcıl olaraq bütün bölgələrdə aparılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranda_menseyi_melum_olmayan_yararsiz_et_askarlanib-915011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR