Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Rabitə müəssisələri bayram günlərində fasiləsiz işləyəcək

Rabitə müəssisələri bayram günlərində fasiləsiz işləyəcək

Date: 28 December 2015 17:52

Bakı. 28 dekabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlaı münasibətilə əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təmin edilməsinə dair rabitə müəssisələri, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib. 
"Report"un Nazirliyə istinadən verdiyi məlumata görə, bayram günlərində məsul növbətçilər təşkil edilməklə, bütün telekommunikasiya xidmətlərinin fasiləsiz işinin təmin edilməsi, eyni zamanda, abunəçilərin rahatlığı üçün bir sıra əlavə tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur.

Tags:  Rabitə müəssisələri bayram günlərində fasiləsiz işləyəcək


RƏYLƏR


Top news