Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsmayıllı gənclərinin bayram şənliyi

İsmayıllı gənclərinin bayram şənliyi

Date: 28 December 2015 17:53


İsmayıllı, 28 dekabr, AZƏRTAC
İsmayıllı Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin və “İnnovasiya mərkəzi”nin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə gənclərin bal-karnavalı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Miras” İctimai Birliyinin bir qrup üzvünün də qatıldığı tədbirdə rayonun ictimai-siyasi, sosial-iqtisadi, mədəni və idman həyatında fəallıq göstərən gənclər iştirak edib.
Bal-karnavalda 2015-ci ildə “Azərbaycanın Gənclər Paytaxtı” seçilən İsmayıllıda ilboyu keçirilən müxtəlif tədbirlərdən, müsabiqələrdən danışılıb, qazanılan uğurlar, eləcə də “Basqal kəlağayısı” və “Lahıc misgərlik sənəti”nin UNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi barədə məlumat verilib.
Bayram şənliyində ən fəal gənclərə diplomlar təqdim olunub.
Gənclər mahnı, şeir və rəqslərlə bal-karnavala xoş ahəng, bayram əhval-ruhiyyəsi bəxş ediblər.


Tags:  İsmayıllı gənclərinin bayram şənliyi


RƏYLƏR


Top news