Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Azəryolservis” ASC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb

“Azəryolservis” ASC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb

Date: 28 December 2015 17:58


Bakı, 28 dekabr, AZƏRTAC 
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin bu gün imzaladığı Sərəncamında deyilir.
Sənəddə bildirilir ki, Nəqliyyat Nazirliyinin balansında olan avtomobil yolları bir ay müddətində “Azəryolservis” ASC-nın balansına verilsin.

Tags:  Azəryolservis ASC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb


RƏYLƏR


Top news