Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hacı Nuran şikayət etdi

Hacı Nuran şikayət etdi

Date: 28 December 2015 18:01

Almaniyada müalicə olunan aparıcı Hacı Nuran Hüseynovun adına Facebook-da saxta profil açılıb.

Axşam.az-ın məlumatına görə, aparıcı bu haqda İnstaqramda yazıb:

“Əziz dostlarım, bu mənim rəsmi səhifəm deyil. Kimsə Ukraynanın Kiyev şəhərindən olan bir kəs mənim adımdan səhifə açıb və istifadə edir. Orada olan yazılar mənə məxsus deyil. Ora nə mesaj yazın, nə o səhifəni bəyənin. Şərh yazmayın, səhifəni “qara siyahı”ya salın”.

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən Hacı Nurana ilik transplantasiya olunub. Aparıcı açıqlamalarının birində bir neçə əməliyyat keçirməli olduğunu bildirmişdi.


Tags:  Hacı Nuran şikayət etdi

RƏYLƏR


Top news