Astarada üç oğru ələ keçdi - FOTO

Astarada üç oğru ələ keçdi - FOTO
18:05 28 Dekabr 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az CTV-yə istinadən bildirir ki, Astarada yerli sakinlərin mal-qarasını oğurlamaqda, eləcə də ərzaq mağazalarından oğurluqda şübhəli bilinən şəxslər yaxalanıblar.

Astara Rayon Polis Şöbəsindən verilən məlumata görə, saxlanılan şəxslər - Astaranın Şahağac kənd sakinləri Şamxal Mirzəyev, Arif Cabbarov Ramil Tarifzadə qrup halında birləşərək, ayrı-ayrı vaxtlarda həmkəndlilərinə məxsus xırda buynuzlu mal-qaranı, ərzaq mağazalarından isə nağd pul, tütün məmulatları və mobil telefon danışıq kartlarını oğurlamaqda şübhəli bilinirlər. İlkin araşdırmalar nəticəsində onların əmlak sahiblərinə ümümilikdə 1611 manat dəyərində maddi ziyan vurduqları müəyyənləşdirilib. Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/393779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR