Putin Türkiyəyə qarşı yeni addımı

Putin Türkiyəyə qarşı yeni addımı
18:06 28 Dekabr 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin ölkə ərazisində fəaliyyət göstərən türk şirkətlərinin fəaliyyətinə qadağalar və məhdudiyyətlər qoyulmasına dair fərmana düzəlişlər edib.

ANS PRESS-in məlumatına görə, sənədə əsasən, qadağalar təkcə türk şirkətləri deyil, həm də Türkiyə vətəndaşlarının idarə etdikləri şirkətlərə də tətbiq ediləcək. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, sənəd Türkiyə əleyhinə 28 noyabr tarixli xüsusi iqtisadi tədbirlər haqqında prezidentin fərmanına olan dəyişikliklərdən ibarətdir və o, rəsmən dərc edildiyi gündən qüvvəyə minəcək.

Noyabrın 28-də ilk dəfə olaraq, Vladimir Putin Türkiyədən gələn məhsullara qadağa qoyub. Bu yalnız meyvə və tərəvəzlərə aid olunub. Bu barədə Rusiya hökumət başçısı Dmitri Medvedevin müavini Arkadi Dvorkoviç mətbuata açıqlama verib.


Arkadi Dvorkoviç - Rusiya Baş nazirinin müavini


Rusiyanın Türkiyəyə sanksiyalar tətbiq etməsi, iki ölkə arasında münasibətlərin pozulmasından sonra olub. Münasibətlər isə noyabrın 24-də Türkiyə qırıcı təyyarəsinin Rusiyaya məxsus Su-24 təyyarəsini vurmasından sonra korlanıb. Türkiyə tərəfi bunu ölkənin hava məkanının pozulduğu üçün etdiyini desə də, Rusiya tərəfi bu iddiaları rədd edir. Bundan başqa, Rusiya Türkiyənin bu addımını "arxadan vurulan zərbə" adlandırır.

Münasibətlərin gərginləşməsi nəticəsində 2016-cı il yanvarın 1-dən Rusiya Türkiyədən bir sıra məhsulların idxalına qadağa qoyub, çarter reyslərini ləvğ edib, eyni zamanda, birtərəfli qaydada vizasız rejimin fəaliyyətini dayandırıb. Rusiya, həmçinin, öz vətəndaşlarına şirkətlərinə türk vətəndaşlarını işə götürməyə də qadağa qoyub.

Lakin ötən həftə Rusiya höküməti sanksiyalara baxmayaraq, "ağ siyahı" tərtib edib ki, o siyahıda adı olan türk şirkətlərinə Rusiya ərazisində işləməyə icazə verilir.

Məlumatlara əsasən, "ağ siyahı"ya Türkiyənin 53 şirkəti daxil edilib ki, bunlar da tikinti, maşınqayırma şirkətləri, tikinti materialları, polimer borular, santexnika avadanlığı istehsal edən şirkətlərdir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR