Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri dəyişdirildi

Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri dəyişdirildi
18:09 28 Dekabr 2015
80 Sosial
Ölkə mətbuatı
A- A+

Təhsil naziri Mikayıl Cabbarov Bakı Şəhəri Üzrə təhsil İdarəsində kadr dəyişikliyi ilə bağlı əmr verib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 28-də təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, bu təyinata qədər M.Vəliyeva BŞTİ-nin müdir müavini vəzifəsində çalışıb.

 

Həmçinin, təhsil nazirinin digər əmrləri ilə Rəşad Tağıyev BŞTİ-nin müdir müavini vəzifəsinə, İlhamə Abdullayeva BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri vəzifəsinə, Raman Məmmədov BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin olunublar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226893

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR