Bülənt Qorxmazdan Qara Qarayev açıqlaması

Bülənt Qorxmazdan Qara Qarayev açıqlaması
18:12 28 Dekabr 2015
35 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Mersin İdman Yurdu" futbol klubunun rəhbərliyi "Qarabağ"ın müdafiəçisi Qara Qarayev və "Kəpəz"in hücumçusu Tural Rzayevlə bağlı qərarını dekabrın 29-da açıqlayacaq. 

"Report" bildirir ki, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Bülənt Qorxmaz açıqlama verib.

47 yaşlı mütəxəssis hər iki futbolçu ilə ciddi maraqlandığını təsdiqləyib: "Mən Azərbaycan Premyer Liqasını yaxından izləyirəm. Üstəlik, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki çıxışından xəbərdaram. Hər ikisi maraq dairəmizdədir. Sabah rəhbərliklə görüşərək transfer planlarımı açıqlayacağam. Razılıq verilsə, futbolçulara dəvət göndərərək, danışıqlara başlayacağıq".

B.Qorxmaz komandanın maliyyə problemləri ilə üzləşməsinə dair xəbərlərə də münasibət bildirib. Onun fikrincə, klubu Mersin bələdiyyəsi himayəyə götürdüyündən, maddi sıxıntı yaşanmayacaq.

Qeyd edək ki, "Mersin İdman Yurdu" Türkiyə Super Liqasında 17 turdan sonra 10 xalla 17-ci pillədə qərarlaşıb. Klub ötən gün "Bursaspor"a uduzub - 1:2.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/393784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR