Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin edildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin edildi

Date: 28 December 2015 18:13

Bakı. İlhamə İsabalayeva-Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsinə müdir təyin edilib.

İdarədən Trend-ə verilən məlumata görə, dekabrın 28-də təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, bu təyinata qədər M.Vəliyeva BŞTİ-nin müdir müavini vəzifəsində çalışıb.

Həmçinin, təhsil nazirinin digər əmrləri ilə Rəşad Tağıyev BŞTİ-nin müdir müavini vəzifəsinə, İlhamə Abdullayeva BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri vəzifəsinə, Raman Məmmədov BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin olunublar.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin edildi

RƏYLƏR


Top news