Azərbaycan şahmatçısı “Qatar Masters Open-2015” beynəlxalq turnirinə liderlik edir

Azərbaycan şahmatçısı “Qatar Masters Open-2015” beynəlxalq turnirinə liderlik edir
18:13 28 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
“Qatar Masters Open-2015” beynəlxalq şahmat turnirinin başa çatmasına 2 tur qalıb.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 7-ci turda Hindistan təmsilçisi Şekhar Suriya Ganguli üzərində qələbəsindən sonra Şəhriyar Məmmədyarov aktivinə 5,5 xal yazaraq turnirə liderlik edir.
Səkkizinci turda isə həmyerlimizin rəqibi hazırki dünya çempionu Maqnus Karlsen olacaq.
Turnirdə Ş.Məmmədyarov ilə yanaşı, Vladimir Kramnik, Aniş Qiri, Vesli So, Sergey Karyakin, Yevgeni Tomaşevski və bir sıra digər tanınmış şahmatçılar iştirak edirlər.
Yarış İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sahmatchisi_Qatar_Masters_Open_2015_beynelxalq_turnirine_liderlik_edir-915027

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR