Yusif Səmədoğlunun xatirəsi anılıb

Yusif Səmədoğlunun xatirəsi anılıb
18:18 28 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


BAKI, 28 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda görkəmli ədib, Xalq Yazıçısı Yusif Səmədoğlunun 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdən əvvəl ədəbiyyat, incəsənət və mədəniyyət xadimləri, şairin ailə üzvləri Fəxri xiyabana gələrək yazıçının məzarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, yubiley tədbirini AYB-nin sədri, Xalq Yazıçısı Anar açaraq Y.Səmədoğlu barədə xatirələrini bölüşüb, onun yaradıcılığından söhbət açıb.
AYB-nin katibi, Xalq Şairi Fikrət Qoca Y.Səmədoğlunu əsl ziyalı, vətənpərvər qələm adamı, unudulmaz dost kimi səciyyələndirib. Onun ədəbiyyata hekayə ilə gəldiyini vurğulayan natiq, “Qətl günü”nü romanı ilə isə nadir istedad sahibi kimi keçmiş sovet respublikalarında tanındığını bildirib.
AMEA-müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov çıxışında yazıçının ictimai və ədəbi mövqeyindən söz açıb, onun həm ictimai xadim kimi fəaliyyəti, həm də qələmi, sözü ilə ədəbi fəaliyyətini ədəbiyyatımızda bir mərhələ adlandırıb. Yusif Səmədoğlunun əsərlərində müdriklik və fəlsəfi məzmunla yanaşı, həm də S.Vurğunun övladı olaraq dərin bir lirizm olduğunu bildirib.
“Azərbaycan” jurnalının baş redaktoru, Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadə, filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli və başqaları onu dəyərli dost, yüksək şəxsi keyfiyyətlərə malik insan kimi dəyərləndiriblər.
Sonda yazıçının ailə üzvləri çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarnı bildiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yusif_Semedoglunun_xatiresi_anilib-915031

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR