Bakı Film İnstitutu tələbə qəbuluna start verib

Bakı Film İnstitutu tələbə qəbuluna start verib
18:31 28 Dekabr 2015
21 Şou
Ölkə mətbuatı
A- A+

Bakı Film İnstitutu (BFİ) aktyor, ssenarist, kinoprodüser və videoqrafer ixtisasları üzrə tələbə qəbuluna başlayıb.
 
Axşam.az-ın məlumatına görə, bununla əlaqədar olaraq BFİ “Biz sizi başa düşürük” adlı tanıtım kampaniyasına da start verib. Tanıtım çarxları “Bumeranq” kreativ agentliyi tərəfindən istehsal olunub.

BFİ- nin rəhbəri, kinoprodüser Fehruz Şamıyev bildirib ki, 2016- cı ildə kino təhsili mərkəzində yeniliklər olacaq:
 
“Biz Azərbaycanda kino sahəsindəki boşluqları nəzərə alaraq bu kursları yaratmışıq. İndiyək kinoprodüser, kinorejissor, aktyor kurslarının bir neçə buraxılışları olub. İlk dəfə olaraq isə ssenarist və videoqrafer ixtisasları üzrə kurslar təşkil edirik. Hər ixtisas üzrə sənəd qəbulu 2016-cı il yanvar ayının 15-nə kimi davam edəcək. Kursların müddəti üç aydır. Türkiyə, İran, İngiltərədən olan mütəxəssislərlə danışıqlar artıq başa çatıb. Onların BFİ-də ssenarist ixtisası üzrə dərsləri nəzərdə tutulub”.
 
Fehruz Şamıyevin sözlərinə görə, BFİ- nin aktyor kursunun məzunları yerli serial və bədii filmlərdə rol alıb, o cümlədən kinoprodüser ixtisasından məzun olanlardan bəziləri hazırda Hollivudda, London Film Məktəbində təhsil alırlar:

“Bundan başqa, məzunların əksəriyyəti məhz bu kurslardan sonra kino sahəsində çalışmağa qərar veriblər. BFİ bazasında bir neçə qısametrajlı filmlər, o cümlədən sosial çarxlar hazırlanıb. Həmin audiovizual məhsullar müxtəlif müsabiqələrdə iştirak edərək qalib olublar”.
 
“Biz sizi başa düşürük” adlı tanıtım rolikinin ilk seriyasını təqdim edirik:


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43319

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR