Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Xalq artistinin ailəsində ağır itki (VİDEO)

Xalq artistinin ailəsində ağır itki (VİDEO)

Date: 28 December 2015 18:41

Azərbaycanın xalq artisti, "Bəxt üzüyü" filmindən hamının Moşu obrazı ilə tanıdığı Valeh Kərimovun qardaşı Sabir Kərimov rəhmətə gedib.

Xalq artisti bu barədə ANS PRESS-ə danışıb. Onun sözlərinə görə, qardaşı uzun müddətdirki ağır xəstəlikdən əziyyət çəkirdi.

“Qardaşım ağır xəstəydi. İl yarım xərcəngdən əziyyət çəkirdi. 68 yaşı vardı. Xəstə-xəstə İsveçdən Bakıya gəldi. Burda rəhmətə getdi”.

Xalq artisti dedi ki, qardaşı subay olub. Sabir Kərimov ixtisasca həkim idi. Valeh Kərimovun yanvarın 2-si kiçik oğlunun toyu olacaq. O, toyu təxirə salmaq fikri olmadığıni dedi.


"Bəxt üzüyü" filminin anonsu

Xalq artisti 1969-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirdikdən sonra öz aktyor taleyini həmişəlik olaraq Sumqayıt Teatrı ilə bağlayıb.

1990-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2000-ci ildə isə Respublikanın xalq artisti fəxri adına, həmçinin, Prezident mükafatına layiq görülüb. 1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Tags:  Xalq artistinin ailəsində ağır itki VİDEO

RƏYLƏR


Top news