Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şəkər xəstələrinə alimlərdən şad xəbər

Şəkər xəstələrinə alimlərdən şad xəbər

Date: 28 December 2015 18:42

ABŞ-ın Ayova Universitetinin professorları orqanizmin şəkərə olan tələbatını azaldan hormon kəşf ediblər. Belə ki, qaraciyərin istehsal etdiyi həmin hormonun miqdarı kifayət qədər olduqda, insanın ürəyi şirniyyat istəmir.

Publika.az mütəxəssislərə istinadən xəbər verir ki,  "FGF21" adı verilən hormon sayəsində şəkər xəstəliyindən və köklükdən əziyyət çəkənlərin şirniyyatdan uzaq durmalarına kömək etmək olar.
 
Alimlər bir çox xəstəliyin orqanizmə həddən artıq şəkər daxil olması nəticəsində yarandığını xatırladıblar. Onların sözlərinə görə, gələcəkdə "FGF21" hormonunu artıran dərmanlar istehsal ediləcək və nəticədə şirin qidalar insanların düşməninə çevrilə bilməyəcək.

Milli.Az


Tags:  Şəkər xəstələrinə alimlərdən şad xəbər

RƏYLƏR


Top news