Bakı. 28 dekabr. REPORT.AZ/ Türkiyə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş barəsində cinayət işi açılıb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ankara prokurorluğu S.Dəmirtaş barəsində "muxtariyyət" mövzusundakı açıqlamaları səbəbindən istintaqa başlayıb.
HDP həmsədri Türk Cəza Qanununa əsasən, konstitusion quruluşa qarşı çıxmaqda ittiham olunur.