Məcburi qaçqın və köçkün ailələrinə bayram sovqatı paylanılıb

Məcburi qaçqın və köçkün ailələrinə bayram sovqatı paylanılıb
18:48 28 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 28 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 28-də Auditorlar Palatası Lənkəranda məskunlaşan 70 məcburi qaçqın və köçkün ailəsinə bayram sovqatı paylayıb.
AZƏRTAC xəbər verir ki, Auditorlar Palatası 15 ildir Lənkəranda məskunlaşmış məcburi qaçqın və köçkün ailələri ilə müntəzəm əlaqə saxlayır. Palatanın rəhbərliyi milli və dövlət bayramlarında onlara baş çəkir, maddi və mənəvi yardım göstərir.
Lənkəran Auditor Təşkilatının direktoru Fərhəddin Hüseynov bildirib ki, Auditorlar Palatasının il ərzində keçirdiyi ikinci yardım aksiyası qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunub.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov və Auditorlar Palatası maliyyə idarəsinin rəisi Vəli Rəhimov məcburi qaçqın və köçkün ailələrini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək, onların problem və qayğılarının daim dövlətimizin başçısının diqqət mərkəzində olduğunu diqqətə çatdırıblar.
Lənkəranda məskunlaşmış məcburi qaçqın və köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mecburi_qachqin_ve_kochkun_ailelerine_bayram_sovqati_paylanilib-915054

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR