Bakı, 28 dekabr, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın energetika naziri Aleksandr Novak neftin qiymətinin ucuzlaşmasının səbəbkarının hasilatı bu il 1,5 milyon barrel artıran Səudiyyə Ərəbistanı olduğunu deyib. O bildirib ki, Səudiyyə Ərəbistanı hasilatı artırmaqla neft bazarlarındakı sabitliyi pozub.
AZƏRTAC xəbər verir ki, “Rossiya 24”ə müsahibəsində A.Novak gələn ilin ikinci yarısında neft bazarlarında tələb-təklif tarazlığının bərpa olunacağına inandığını bildirib. “Lakin İrana qarşı sanksiyaların götürülməsi və bu ölkənin neft hasilatını artırması da bazarlara təsir göstərəcək”, – deyə A.Novak qeyd edib.