Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlıların klipini ərəblər çox bəyəndilər - VİDEO - FOTO

Azərbaycanlıların klipini ərəblər çox bəyəndilər - VİDEO - FOTO

Date: 28 December 2015 18:57

Space kanalında yayımlanan "KOMEDİ KLİP" verilişinin ərsəyə gətirdiyi parodiya-klipi "Qızım-qızım" mövsümün hitinə çevrilir.

Layihənin mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, cəmi 6 gün ərzində klipin baxış sayı 80000-dən çox olub.

Maraqlısı odur ki, "Qızım-qızım" təkcə ölkədaxili deyil, ölkənin hüdudlarından kənarda da böyük tamaşaçı marağını qazanıb. 
Türk və ərəb internet istifadəçiləri həvəslə klipi öz səhifələrində yayır və klipə facebook səhifəsində şərhlər yazırlar.
Klip Əflatun İbadovun repertuarındandır. Baş rolu aktyor Əmrullah Nurullayev və Könül Həsənova oynayıblar.

Verilişin aparıcısı aktyor Elcan Rəsulovdur.

Ssenari müəllifi və rejissoru Elnur Əliyev, operator Rafiz Fərzəliyev, rəssam Mehriban Əfəndiyevadır.
45 dəqiqəlik yumoristik veriliş xarici və yerli istehsal olan kliplərin əsasında qurulmuşdur.
Veriliş efirə hər bazar günü saat 12:00-da çıxır. Təkrarı - çərşənbə axşamı 16:00-da.
Verilişin səhifəsi: https://www.facebook.com/ailemizseriali/

İnformasiya dəstəyi: Trend, Day.Az, Milli.Az

Milli.Az









Tags:  Azərbaycanlıların klipini ərəblər çox bəyəndilər VİDEO FOTO


RƏYLƏR


Top news