Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​Türkiyənin ticarət və gömrük naziri: "Rusiyanın xüsusi iqtisadi tədbirləri ölkəmizin iqtisadiyyatına önəmli təsir etməyəcək"

Ərəblər Türkiyə iqtisadiyyatına 70 mlrd. dollar pul qoyacaq (24 Mart 2017 18:32)
6300 siqaret gömrükdə "ilişdi" (16 Mart 2017 21:53)
Külli miqdarda aksiz markasız siqaretin ölkəyə gətirilməsinin qarşısı alındı (16 Mart 2017 10:58)

Tarix: 28 Dekabr 2015 19:12

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət və gömrük naziri Bülent Tüfenkçi bildirib.
"2014-cü illə müqayisədə bu il Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsi 38-40 faiz (xüsusi tədbirlədək - "Report") azalıb. Odur ki, bu itki Türkiyə iqtisadiyyatına elə də ciddi təsir etməyəcək. Bununla belə, Türkiyə hökuməti hadisələrin müxtəlif istiqamətdə inkişafına uyğun ssenarilər hazırlayıb. Türkiyə kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapılır, öz istehsalçılarımızı dəstəkləmək məqsədi ilə tədbirlər görülür", - o, vurğulayıb.
Nazirin sözlərinə görə, Rusiyanın tətbiq etdiyi tədbirlər hər iki ölkənin əhalisinin maraqlarına ziyan vurub: "Rusiyada meyvə və tərəvəz bahalaşıb. Ümid edirəm ki, ölkələrimiz arasındakı mövcud vəziyyət uzun sürməyəcək".
O, yaxın zamanda Rusiya ilə energetika sahəsində böhranın yaranmayacağına ümid etdiyini söyləyib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlərin görülməsi haqda sərəncam imzalayıb.

Teqlər:  Türkiyənin ticarət gömrük naziri Rusiyanın xüsusi iqtisadi tədbirləri ölkəmizin iqtisadiyyatına önəmli təsir etməyəcək



RƏYLƏR


Top xəbərlər