Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cahangir Hacıyevin bacısı onunla görüşə buraxılmayıb

Cahangir Hacıyevin bacısı onunla görüşə buraxılmayıb

Date: 28 December 2015 19:14

Vəkil Aqil Layıcov bu gün Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevlə görüşüb. Bu barədə APA-ya məlumat verən A. Layıcov bildirib ki, Bakı İstintaq təcridxanasında saxlanılan C. Hacıyev özünü yaxşı hiss edir: “Hər hansı şikayəti yoxdur. Təcridxananın işçilərinin davranışından mən və müdafiə etdiyim şəxs razıyıq. Lakin Cahangir Hacıyevin bacısını onunla görüşə buraxmayıblar. Bununla bağlı Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş İdarəsinə və Bakı İstintaq təcridxanasının rəhbərliyinə müraciət etmişik”.

 

Qeyd edək ki, dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham edilir.


Tags:  Cahangir Hacıyevin bacısı onunla görüşə buraxılmayıb

RƏYLƏR


Top news